Futzal üzrə millimizin Avropa çempionatının final mərhələsindəki rəqibləri müəyyənləşib
Oktyabrın 18-də Niderlandın Zeist şəhərində gələn il yanvarın 19-dan fevralın 6-dək bu ölkədə təşkil olunacaq Avropa çempionatının final mərhələsinin püşkü atılıb.

İlk dəfə 16 komandanın iştirakı ilə keçiriləcək qitə birinciliyinin həlledici mərhələsində millimiz “D” qrupunda yer alıb və Gürcüstan, Bosniya və Herseqovina və İspaniya komandaları ilə qarşılaşacaq.

Bu qrupun oyunları Niderlandın Qroningen şəhərində keçiriləcək.

Xəbər 292 dəfə oxundu.