“Sumqayıt” Azərbaycan Premyer Liqasında 300-cü qolunu vurub
“Sumqayıt” klubu Azərbaycan Premyer Liqasında 300-cü qolunu vurub.

2011-2012-ci il mövsümündən yüksək dəstədə çıxış edən “Gənclik şəhəri” təmsilçisinin yubileyi “Neftçi” ilə oyuna təsadüf edib. Premyer Liqanın VII turunun 1:1 hesabı ilə başa çatan matçında meydan sahiblərinin yubiley qoluna Murad Xaçayev imza atıb.

300-cü qol komandanın 307-ci oyununa təsadüf edib. Orta məhsuldarlıq 0,98-ə bərabərdir.

Qeyd edək ki, əvvəllər “Sumqayıt Şəhər” adı altında da çıxış edən klub ölkə çempionatları tarixində 300 və daha çox qol vuran 13-cü komandadır.

Xəbər 309 dəfə oxundu.