İtaliya klubunda baş məşqçi dəyişikliyi olub
İtaliyanın “Salernitana” futbol klubunda baş məşqçi dəyişikliyi olub.

A seriyası təmsilçisinin çalışdırıcısı Fabrisio Kastori istefaya göndərilib. Onu Stefano Kolantuono əvəzləyib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Stefano ilə 2022-ci ilin yayınadək müqavilə imzalanıb.

Qeyd edək ki, “Salernitana” A seriyasında 4 xalla sonuncu sıradadır.

Xəbər 309 dəfə oxundu.