“Qarabağ” – “Kayrat” oyununun biletləri satışa çıxarılıb
Ağdamın “Qarabağ” klubunun UEFA Konfrans Liqasının qrup mərhələsinin üçüncü turunda Qazaxıstan “Kayrat” komandası ilə keçirəcəyi ev oyununun biletləri satışa çıxarılıb.

Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 10, 50 və 75 manat təşkil edir.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda COVID-19 pandemiyası ilə əlaqədar arena tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.

Xəbər 295 dəfə oxundu.