Futzal üzrə Yüksək Liqanın dördüncü turunun oyun cədvəli açıqlanıb
Futzal üzrə Yüksək Liqanın dördüncü turunun oyun cədvəli açıqlanıb.

Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, oktyabrın 22-də keçiriləcək turun qarşılaşmaları “Olimpik Star”da təşkil olunacaq.

Tur çərçivəsində “Record club” – “Neftçi”, “Alyans” - U-19, “Baku Fire” – EKOL və Araz-Naxçıvan” – “Xilə” matçları təşkil olunacaq.

Hesabında 9 xal EKOL və “Araz-Naxçıvan” komandaları turnir cədvəlinin ilk iki pilləsində yer alıblar. “Record club” və “Baku Fire” 6 xalla 3-4-cü pilləni bölüşürlər. “Neftçi” və “Xilə” komandaları 3 xalla 5-6-cı yerdə qərarlaşıblar. U-19 və “Alyans” klublarının hesabında xal yoxdur.

Xəbər 325 dəfə oxundu.