Millimizin üzvü “Kayseri Genclerbirliyi” klubu ilə müqavilə imzalayıb
Türkiyənin qadın futbolçulardan ibarət liqasında çıxış edən “Kayseri Genclerbirliyi” klubu Azərbaycan millisinin üzvü Sona Rəhimovanı heyətinə qatıb.

Kayseri təmsilçisi 20 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalayıb.

Rəhimovanın sözləşməsinin detalları açıqlanmayıb. O, artıq yeni komandası ilə məşqlərə də start verib.

Qeyd edək ki, Sona Rəhimova daha əvvəl “Kayserispor”un şərəfini qoruyub.

Xəbər 447 dəfə oxundu.