Şahmatçımız Şiroğlan Talıbov Avropa çempionatında maksimum nəticə ilə irəliləyir
Müxtəlif yaş qrupları üzrə onlayn Avropa çempionatında şahmatçılarımızın çıxışı davam edir.

Təmsilçilərimizdən ən yaxşı nəticəni 16 yaşlı şahmatçılar arasında açıq yarışda Şiroğlan Talıbov göstərib.

Şahmatçımız 4 turun nəticəsinə görə, maksimum xalla turnir cədvəlində liderliyi ələ keçirib. Həmin yaş qrupunda qızlar arasında isə Ayan Allahverdiyeva liderlər qrupunda mübarizə aparır. Digər təmsilçilərimizdən Uğur İlyaslı (18 yaş), Nərmin Abdinova (14 yaş) 4 turdan 3,5 xal toplayıblar.

Qeyd edək ki, qitə çempionatında Azərbaycanı 44 şahmatçı təmsil edir.

İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir. Yarış oktyabrın 21-də başa çatacaq.

Xəbər 303 dəfə oxundu.