“Böyük dəbilqə”: Komandamız daha bir medal qazanıb
Parisdə keçirilən “Böyük dəbilqə” turnirində komandamızın üzvü Hidayət Heydərov bürünc medal qazanıb.

73 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz həlledici mərhələdə Guillaume Çaneti (Fransa) məğlub edərək üçüncü yeri tutub.

Qeyd edək ki, bundan əvvəl cüdoçumuz Balabəy Ağayev turnirin qızıl medalına layiq görülüb.

Oktyabrın 17-dək davam edəcək turnirdə 46 ölkədən 283 cüdoçu iştirak edir.

Xəbər 314 dəfə oxundu.