Azad Rəhimovun xatirə turnirinin qalibləri məlum olub
Mərhum gənclər və idman naziri, görkəmli ictimai-siyasi xadim Azad Rəhimovun xatirəsinə həsr olunmuş şahmat turniri başa çatıb.

Məktəblilər arasında təşkil edilən klassik turnirdə 9 rayon və şəhərdən 100-dən çox məktəbli-şahmatçı mübarizə aparıb.

Oğlanların yarışında ilk üç yeri müvafiq olaraq, Cahandar Azadəliyev, Süleyman Süleymanlı və Kamal İsfəndiyarlı tutublar. Qızlar arasında isə Aysel Rəhimova, Xanım İsmayılova və Aysel Cəfərova fərqləniblər.

12 yaşadək şahmatçılar arasında isə Rüstəm Rüstəmov qalib gəlib.

Xəbər 312 dəfə oxundu.