Bəhreyn milli komandası tarixində 2-ci dəfə avropalılardan darmadağın alıb | |
Bəhreyn milli komandası tarixində 2-ci dəfə avropalılardan darmadağın alıb. Asiya təmsilçisini 3:0 hesabı ilə məğlub edən Azərbaycan yığmasına qədər yalnız Finlandiya ərəblərə futbol dərsi keçmişdi. Bu da 26 il əvvəl qeydə alınıb. 1986-cı il fevralın 24-də Bəhreynə 4 cavabsız qol vuran “suomilər”dən başqa bunu heç kim bacarmamışdı. Millimiz 3 cavabsız qol vurmaqla, rəqibinə UEFA-ya üzv olan ölkələrdən 2-ci dərsi keçdi. Qeyd edək ki, Asiya təmsilçisi Avropa zonasında çıxış edən ölkələrdən yalnız 11-i ilə qarşılaşıb. |
|
Xəbər 866 dəfə oxundu. |
|
|