Cüdoçularımız Avropa kuboku yarışlarının birinci gününü mükafatsız başa vurublar
Bu gün Xorvatiyanın Dubrovnik şəhərində cüdo üzrə Avropa kuboku yarışları start götürüb.

Turnirin birinci günündə tatamiyə çıxan 6 cüdoçumuz - Rəşad Baxşəliyev, Sənan Əhmədov (hər ikisi 60 kq), Yaşar Nəcəfov, Ruslan Paşayev (66 kq), Zaməddin Poladov və Rüfət Şovlatov (73 kq) mübarizəni medalsız başa vurub.

Yarışda Azərbaycanı 11 cüdoçu təmsil edir. Oktyabrın 17-dək davam edəcək turnirdə 26 ölkədən 300-ə yaxın cüdoçu iştirak edəcək.

Xəbər 329 dəfə oxundu.