Cüdoçumuz “Böyük dəbilqə” turnirində bürünc medal uğrunda mübarizə aparacaq
Parisdə keçirilən “Böyük dəbilqə” turnirində cüdoçumuz Hidayət Heydərov (73 kq) bürünc medal uğrunda mübarizə aparacaq.

Cüdoçumuz Enzo Gibelli (Fransa) daha sonra Aleksandr Qableri (Almaniya) məğlub etsə də, dörddəbir finalda Somon Mahmedbekova (Tacikistan) uduzub. Təsəlliverici görüşdə rusiyalı Denis Yartsevi məğlub edən H.Heydərov bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. O, üçüncü yer uğrunda Guillaume Çanet (Fransa) ilə qarşılaşacaq.

Oktyabrın 17-dək davam edəcək turnirdə 46 ölkədən 283 cüdoçu iştirak edir.

Xəbər 293 dəfə oxundu.