Şahmatçılarımız Avropa çempionatına qələbə ilə start veriblər
Müxtəlif yaş qrupları üzrə onlayn Avropa çempionatında şahmatçılarımızın çıxışı davam edir.

Təmsilçilərimizdən Kənan Qarayev (20 yaş), Uğur İlyaslı, Mələk İsmayıl (18 yaş), Şiroğlan Talıbov (16 yaş), Şamil Məmmədov, Orxan Bağırov, Nərmin Abdinova, Ləman Nağıyev (14 yaş), Cahandar Azadəliyev, Ramazan Şərifov, Lalə Hüseynova, Xanım İsmayılova, Zərifə Abbasova (12 yaş), Xaqan Əhməd, Yusif Kərimli, Səadət Bəşirli, Dinarə Hüseynova, Əsnad Vəliyeva (10 yaş) turnirə qələbə ilə start veriblər. Bu gün şahmatçılarımız ikinci turda iştirak edəcəklər.

Qeyd edək ki, qitə çempionatında Azərbaycanı 44 şahmatçı təmsil edir.

İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir. Yarış oktyabrın 21-də başa çatacaq.

Xəbər 301 dəfə oxundu.