Formula 1 üzrə yeddiqat dünya çempionu Luis Hamilton 105 yaşlı pərəstişkarı ilə görüşüb
Formula 1 üzrə yeddiqat dünya çempionu, “Mercedes”in britaniyalı pilotu Luis Hamilton 105 yaşlı pərəstişkarı ilə görüşüb.

Yaşlı pərəstişkarı pilotla görüşə oğlu ilə qatılıb.

L.Hamilton pərəstişkarının yaşını eşidəndə heyrətlənib və çox gözəl göründüyünü söyləyib.

Hamilton hazırda Formula 1 üzrə dünya çempionatında pilotların sıralamsında 256,5 xalla ikinci pillədə qərarlaşıb. Siyahıya 262,5 xalla “Red Bull Racing” komandasının pilotu Maks Ferstappen başçılıq edir.

Xəbər 329 dəfə oxundu.