Paralimpiya çempionu Dürsədəf Kərimova məktəblilərlə görüşüb
Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Çempionumuz” sosial idman layihəsi çərçivəsində “Tokio-2020”nin paracüdo yarışlarında qızıl medal qazanan Dürsədəf Kərimovanın məktəblilər ilə görüşü olub.

Azsport.az Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, tədbirdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev iştirakçıları salamlayaraq tədbirlə bağlı məlumat verib və Paralimpiya çempionu D.Kərimovanın ümumi idman nailiyyətlərindən söz açıb.

Görüşdə çıxış edən D.Kərimova idman karyerası, məktəb illəri haqqında təəssüratlarını məktəblilərlə bölüşüb və şagirdlərin suallarını cavablandırıb.

Xəbər 418 dəfə oxundu.