“Böyük dəbilqə”: Cüdoçumuz Balabəy Ağayev yarımfinala yüksəlib
Parisdə keçirilən “Böyük dəbilqə” turnirində cüdoçumuz Balabəy Ağayev (60 kq) yarımfinala yüksəlib.

Tatami ustamız səkkizdəbir finalda Jolan Florimont (Fransa), növbəti mərhələdə isə Genki Koqanı (Yaponiya) məğlub edib. Yarımfinalda idmançımız Monqolustan təmsilçisi Sumiyabazar Enkhtavan ilə qarşılaşacaq.

Oktyabrın 17-dək davam edəcək turnirdə 46 ölkədən 283 cüdoçu iştirak edir.

Xəbər 304 dəfə oxundu.