London 2012: Ən böyük sürprizlərinin siyahısı açıqlanıb
XXX London Yay Olimpiya Oyunlarının ən böyük sürprizlərinin siyahısı açıqlanıb. Rusiya mətbuatı Böyük Britaniya paytaxtını fəth edən 15 qəhrəmanı fərqləndirib.

Olimpiadanın ən böyük sürprizi kimi 15 yaşlı estoniyalı üzgüçü Ruta Meylutiteni görən həmkarlarımız “Top-15”də Azərbaycan təmsilçisinə də yer verib. Belə ki, Olimpiadada ölkəmizə ilk qızıl medalı qazandıran Toğrul Əsgərov bu siyahıda yer alıb. Sərbəst güləş yarışlarında 60 kq çəki dərəcəsində çempionluğu bayram edən 19 yaşlı gənc idmançımız sürprizlərin cədvəlində 11-ci pilləni tutub.

Rusiyalılar Toğrulun qələbəsini ürəkağrısı ilə qələbə alıb: “Rusiya azarkeşlərinin ürəyini dağlayan daha bir sürpriz isə Toğrul Əsgərov oldu. Bu il Avropa çempionu olan, 2 il əvvəlki dünya çempionatında Moskvada gümüş medal qazanan güləşçi bu dəfə birinci oldu. Həmin vaxt başqa çəki dərəcəsində çıxış edən Əsgərov indi nailiyyətləri qarşısında hamının “donub qaldığı” Besik Kuduxovla eyni çəkidə mübarizə aparırdı. Rusiyalı 4 dəfə dünya çempionu olmuşdu və finalda aşkar favorit sayılırdı. Lakin o, 19 yaşlı azərbaycanlıya məğlub oldu”.

Qeyd edək ki, Toğrul Besiki hər 2 hissədə məğlub edib – 1:0, 5:0.

Xəbər 1250 dəfə oxundu.