Formula 1 Azərbaycan Qran-Prisinin vaxtı müəyyənləşib
Oktyabrın 15-də gələn il keçiriləcək Formula 1 üzrə dünya çempionatının təqvimi təsdiqlənib.

Təqvimə 245 gün ərzində keçiriləcək 23 yarış daxildir. Azərbaycan Qran-Prisi iyunun 12-də təşkil olunacaq.

Formula 1-in ilk mərhələsi martın 20-də Bəhreyndə keçiriləcək. Sonrakı mərhələlərə Səudiyyə Ərəbistanı (27 mart), Avstraliya (10 aprel), İtaliya (24 aprel), ABŞ (8 may), İspaniya (22 may), Monako (29 may), Azərbaycan (12 iyun), Kanada (19 iyun), Böyük Britaniya (3 iyul), Avstriya (10 iyul), Fransa (24 iyul), Macarıstan (31 iyul), Belçika (28 avqust), Niderland (4 sentyabr), İtaliya (11 sentyabr), Rusiya (25 sentyabr), Sinqapur (2 oktyabr), Yaponiya (9 oktyabr), ABŞ (23 oktyabr), Mexsika (30 oktyabr), Braziliya (13 noyabr) və Abu-Dabi (20 noyabr) ev sahibliyi edəcək.

Xəbər 308 dəfə oxundu.