Badmintonçumuz “YONEX Dutch Open 2021”də növbəti görüşünü keçirəcək
Niderlandın Almere şəhərində “International Challenge” kateqoriyalı “YONEX Dutch Open 2021” badminton turniri davam edir.

Yarışda Azərbaycanı təmsil edən badmintonçumuz Edi Reski Dviçayo bu gün Sinqapur təmsilçisi Loh Kean Yev ilə dörddəbir final uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, badmintonçumuz birinci mərhələdə hindistanlı Rahul Yadav Çittaboinanı məğlub edərək səkkizdəbir finala vəsiqə qazanıb.

Mükafat fondu 15 min dollar olan yarış oktyabrın 17-dək davam edəcək.

Xəbər 350 dəfə oxundu.