Sabah cüdo üzrə Avropa kuboku yarışı start götürəcək
Oktyabrın 16-da Xorvatiyanın Dubrovnik şəhərində cüdo üzrə Avropa kuboku yarışı start götürəcək.

Turnirdə Azərbaycanı 11 idmançı təmsil edəcək. Yarışda kişilər arasında Rəşad Baxşəliyev, Sənan Əhmədov (hər ikisi 60 kq), Yaşar Nəcəfov, Ruslan Paşayev (66 kq), Zaməddin Poladov, Rüfət Şovlatov (73 kq), Ömər Rəcəbli, Kərim Məmmədov, Məhərrəm İmamverdiyev (hər üçü 81 kq), Rüfət İsmayılov (90 kq) və Ruslan Nəsirli (100 kq) mübarizə aparacaqlar.

Oktyabrın 17-dək davam edəcək turnirdə 27 ölkədən 300-ə yaxın cüdoçu iştirak edəcək.

Xəbər 297 dəfə oxundu.