Super Liqa: Teymur Rəcəbovun yer aldığı “Ruthless Rooks” komandası liderlər qrupunda mübarizə aparır
Şahmat üzrə Super Liqa yarışları davam edir.

Rapid üzrə keçirilən onlayn yarışda Azərbaycan şahmatçısı Teymur Rəcəbov ilə yanaşı, daha 28 qrossmeyster mübarizə aparır. Şahmatçımız “Ruthless Rooks” komandasında çıxış edir.

Təmsilçimizin çıxış etdiyi komanda 4 turun nəticəsinə görə, 4 xalla liderlər qrupunda yer alır.

Yarışa oktyabrın 15-də yekun vurulacaq.

Xəbər 281 dəfə oxundu.