"Formula 1": Çin Qran-prisi ardıcıl üçüncü dəfə ləğv olunur
"Formula 1" üzrə dünya çempionatının 2022-ci il təqvimində Çin Qran-prisi yer almayacaq.

Şanxayda keçirilməsi planlaşdırılan yarış koronavirus səbəbindən baş tutmayacaq.

Onun əvəzinə aprelin 24-də İtaliyada Emiliya-Romanya Qran-prisi gerçəkləşəcək.

Qeyd edək ki, "Formula 1"də Çin Qran-prisi 2020 və 2021-ci illərdə də eyni səbəbdən ləğv olunub.

Xəbər 288 dəfə oxundu.