Azərbaycan şahmatçıları onlayn Avropa çempionatında mübarizəyə başlayırlar
Bu gün müxtəlif yaş qruplarında şahmat üzrə onlayn Avropa çempionatı start götürəcək.

10, 12, 14, 16, 18 və 20 yaşlı şahmatçıların iştirak edəcəkləri qitə çempionatında Azərbaycan 45 idmançı ilə təmsil olunacaq.

İsveçrə sistemi üzrə keçiriləcək turnir 9 turdan ibarət olacaq. Yarış oktyabrın 21-də başa çatacaq.

Xəbər 287 dəfə oxundu.