Beynəlxalq dərəcəli hakim Fikrət Axundov CEV kuboku yarışlarına təyinat alıb
Beynəlxalq dərəcəli hakim Fikrət Axundov qadın voleybolçulardan ibarət CEV (Avropa Voleybol Konfederasiyası) kuboku yarışlarına təyinat alıb.

O, turnirin təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Rusiya klubları - “Uraloçka” və “Proton” arasında keçiriləcək görüşdə ikinci hakim funksiyasını yerinə yetirəcək. Matçın baş hakimi israilli İris Stojcic-Fogel olacaq.

Görüş noyabrın 23-də Rusiyanın Nijnıy Taqıl şəhərində keçiriləcək.

Komandalar arasında ilk oyun noyabrın 17-də Saratovda (Rusiya) təşkil olunacaq.

Xəbər 312 dəfə oxundu.