Bu gün futzal üzrə Yüksək Liqanın üçüncü turunun oyunları keçiriləcək
Bu gün futzal üzrə Yüksək Liqanın üçüncü turunun oyunları keçiriləcək.

Turun qarşılaşmaları “Olimpik Star”da təşkil olunacaq.

Tur çərçivəsində “Xilə” - EKOL, “Record club” – “Baku Fire”, “Neftçi” – “Alyans” və U-19 - Araz-Naxçıvan” matçları təşkil olunacaq.

Hesabında 6 xal EKOL, “Araz-Naxçıvan” və “Baku Fire” komandaları turnir cədvəlinin ilk üç pilləsində yer alıblar. “Record club” və “Xilə” 3 xalla 4-5-ci pilləni bölüşürlər. U-19, “Alyans” və “Neftçi” klublarının hesabında xal yoxdur.

Xəbər 305 dəfə oxundu.