Azərbaycan - Malta oyununun hakimləri müəyyənləşib
Qadınlardan ibarət Azərbaycan milli komandasının evdə Malta ilə keçirəcəyi dünya çempionatının seçmə oyunu üçün təyinatlar açıqlanıb.

"Report"un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, qarşılaşma Macarıstandan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Reka Molnara Katalin Török və Noemi Hegedus-Barat yan xətt, Reka Boqnar isə dördüncü hakim qismində yardımçı olacaq.

Qeyd edək ki, oktyabrın 26-da "ASK Arena"da keçiriləcək Azərbaycan – Malta qarşılaşması saat 18:00-da başlanacaq.

Xəbər 289 dəfə oxundu.