“YONEX Dutch Open 2021”: Badmintonçumuz səkkizdəbir finala vəsiqə qazanıb
Niderlandın Almere şəhərində “International Challenge” kateqoriyalı “YONEX Dutch Open 2021” badminton turniri davam edir.

Yarışda Azərbaycanı təmsil edən badmintonçumuz Edi Reski Dviçayo birinci mərhələdə rəqibi hindistanlı Rahul Yadav Çittaboinanı məğlub edərək səkkizdəbir finala vəsiqə qazanıb.

Mükafat fondu 15 min dollar olan yarış oktyabrın 17-dək davam edəcək.

Xəbər 382 dəfə oxundu.