Azərbaycan qılıncoynadanları Ukraynada təlim-məşq toplanışında iştirak edirlər
Azərbaycanın qılıncoynatma üzrə milli komandası Ukraynada təlim-məşq toplanışında iştirak edir.

Yeniyetmə və gənclərdən ibarət şpaqa üzrə millimiz Xarkovda hazırlıq keçir.

Dörd məşqçi və 14 idmançıdan ibarət komandamızın təlim-məşq toplanışı oktyabrın 22-dək davam edəcək.

Təlim-məşq toplanışı qarşıdakı yarışlara hazırlıq xarakteri daşıyır.

Xəbər 307 dəfə oxundu.