"YONEX Dutch Open 2021": Badmintonçumuz mübarizəyə başlayır
Niderlandın Almere şəhərində “International Challenge” kateqoriyalı "YONEX Dutch Open 2021" badminton turniri davam edir.

Yarışda Azərbaycanı badmintonçumuz Edi Reski Dviçayo təmsil edir. İdmançımız bu gün hindistanlı Rahul Yadav Çittaboina ilə üz-üzə gələcək.

Mükafat fondu 15 min dollar olan yarış oktyabrın 17-dək davam edəcək.

Xəbər 348 dəfə oxundu.