Dünya çempionatında iştirak edəcək idman gimnastlarımız müəyyənləşib
Oktyabrın 18-dən 24-dək Yaponiyanın Kitakyuşu şəhərində idman gimnastikası üzrə dünya çempionatı keçiriləcək.

Millimizin dünya çempionatı üçün heyəti açıqlanıb.

Çempionatda ölkəmizi İvan Tixonov, Samirə Qəhrəmanova və Milana Minakovskaya təmsil edəcəklər.

Turnirdə 59 ölkədən 239 kişi və 154 qadın gimnast birincilik uğrunda mübarizə aparacaq.

Xəbər 302 dəfə oxundu.