Ronaldo: Mənim “Qızıl top”a namizədim Kərim Benzemadır
“Real Madrid” və “İnter” klubunun, eləcə də Braziliya yığmasının sabiq forvardı Ronaldo “Qızıl top” mükafatına namizədlər arasında kimə üstünlük verdiyini açıqlayıb.

Sabiq hücumçu mükafata “Real Madrid” klubunun və Fransa yığmasının üzvü Kərim Benzemanın layiq olduğunu bildirib.

Sabiq futbolçu deyib: “Mənim “Qızıl top”a əsas namizədim Kərim Benzemadır. Çünki o, son 10 ilin ən yaxşı hücumçusudur. Çox istəyirəm ki, bu il mükafatı Benzema alsın”.

Xəbər 347 dəfə oxundu.