Xatirə turnirində 4 şahmatçı liderlər qrupunda mübarizə aparır
Mərhum gənclər və idman naziri, ictimai-siyasi xadim Azad Rəhimovun xatirəsinə həsr olunmuş 8, 10, 12, 14 və 16 yaşlı şahmatçılar arasında respublika turniri davam edir.

Turnirin beş turunun oyunlarının nəticəsinə görə, Cahandar Azadəliyev (U-12) 4,5 xalla və əlavə nəticələrə görə birinci pillədə qərarlaşıb. Onunla eyni xalı toplayan Kamal İsfəndiyarlı (U-14), Süleyman Süleymanlı (U-16) və Tunar Davudov (U-12) sonrakı yerləri tuturlar.

Yeddi turdan ibarət olan turnirin reytinq favoriti Süleyman Süleymanlıdır. 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbində keçirilən yarış oktyabrın 15-dək davam edəcək.

Xəbər 315 dəfə oxundu.