Montenqro - Azərbaycan oyununu bolqarıstanlı hakimlər briqadası idarə edəcək
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsi çərçivəsində Monteneqro millisinə qarşı keçirəcək oyunu idarə edəcək hakimlər müəyyənləşib.

Oktyabrın 21-də Podqoritsada keçiriləcək Monteneqro - Azərbaycan qarşılaşmasını Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Kristina Georgieva olacaq. Ona Yekaterina Marinova və Pavleta Raşkova kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kristiyana Guteva yerinə yetirəcək.

Xəbər 316 dəfə oxundu.