Komandalar arasında Avropa çempionatında Azərbaycan şahmatçıları da iştirak edəcəklər
Noyabrın 12-də Sloveniyada komandalar arasında şahmat üzrə Avropa çempionatı start götürəcək.

Kişilərin yarışında Azərbaycan yığmasının heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov və Nicat Abasov çıxış edəcəklər. Qadınlar arasında turnirdə komandamızın tərkibində Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva mübarizə aparacaqlar.

Avropa çempionatında kişilərin yarışında 18, qadınların mübarizəsində isə 30 komanda iştirak edəcək.

Kişilər arasında Azərbaycan komandası reytinq üzrə ikinci sırada qərarlaşıb. Turnirin reytinq favoriti isə Rusiya komandasıdır.
Çempionata noyabrın 21-də yekun vurulacaq.

Xəbər 366 dəfə oxundu.