Nazir Fərid Qayıbov Lənkəran rayonunda görüş keçirib
Oktyabrın 12-də gənclər və idman naziri Fərid Qayıbov Lənkəran rayonunda görüş keçirib.

Görüşdə Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad, Yardımlı, Biləsuvar, Salyan və Neftaçala rayonlarının gənclər və idman idarələrinin, Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin, gənclər təşkilatlarının rəhbərləri iştirak ediblər. Görüşdə hər bir rayonun mövcud çətinlikləri, fəaliyyəti ayrı-ayrılıqda dinlənilib, görüləcək işlərə dairə fikir mübadiləsi aparılıb. Bundan başqa gənclər və idman siyasətinin yerlərdə daha da effektiv icrası ilə bağlı təkliflər müzakirə edilib. Nazir gənclər və idman qurumlarının qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyətinin vacibliyini qeyd edib və bu formatlı görüşlərin mütəmadi keçirilməsinin faydalı olduğunu bildirib.

Görüşdə nazir müavini İntiqam Babayev, nazirliyin aparat rəhbəri Rüfət Həsənov, Gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva və Gənclər təşkilatları ilə iş sekorunun müdiri Fuad Babayev iştirak ediblər.

Xəbər 367 dəfə oxundu.