UEFA Millətlər Liqasının “Dördlər finalı”nın ən baxımlı qolu müəyyənləşib
UEFA Millətlər Liqasının Milanda keçirilən “Dördlər finalı”nın ən baxımlı qolu müəyyənləşib.

Ən baxımlı qola Fransa millisinin 33 yaşlı hücumçusu Kərim Benzema final matçında imza atıb.

Xatırladaq ki, həmin qolu Benzema Fransa – İspaniya (3:2) matçının 66-cı dəqiqəsində vurub. Benzemanın müəllifi olduğu qoldan sonra hesab bərabərləşib – 2:2. Finalda Fransaya qələbə qazandıran qolu isə 80-ci dəqiqədə Kilian Mbappe vurub.

Xəbər 406 dəfə oxundu.