Pekin Olimpiadası ərəfəsində 5 mindən çox idmançı dopinq testindən keçəcək
Beynəlxalq Dopinq Test Agentliyi (İTA) Pekində keçiriləcək Qış Olimpiya Oyunları üçün təxminən 5 min 400 idmançının yarışdan əvvəl testdən keçməsini tələb edən antidopinq proqramı hazırlayıb.

Testlərdən keçəcək idmançıların siyahısı Olimpiadanın ekspert qrupuna daxil olan beynəlxalq idman federasiyalarının və milli antidopinq agentliklərinin köməyi ilə hazırlanıb. Ekspert qrupu proqramın icrasına nəzarət edəcək. Bununla da, Pekin Olimpiadasında Pxençxanda 2018-ci ildə keçirilmiş Oyunlarla müqayisədə daha çox idmançının testdən keçiriləcəyi planlaşdırılıb. Ötən Oyunlar ərəfəsində isə, təxminən 3 min 500 nəfər dopinqə görə testdən keçmişdi.

Qeyd edək ki, “Pekin-2022” Qış Olimpiya Oyunları gələn il fevralın 4-dən 20-dək keçiriləcək.

Xəbər 336 dəfə oxundu.