“Qarabağ”ın futbolçusu Kadi Borgesin “Omoniya”ya vurduğu qollar ən yaxşılar siyahısında yer alıb
UEFA Konfrans Liqasının qrup mərhələsinin ikinci turunda vurulan ən yaxşı qolları açıqlayıb.

Ağdamın “Qarabağ” klubunun futbolçusu Kadi Borgesin Kiprdə “Omoniya”ya vurduğu hər iki qol ən yaxşılar siyahısında yer alıb.

Daha əvvəl 24 yaşlı braziliyalının 52-ci dəqiqədəki uzun məsafədən dəqiq zərbəsini azarkeşlər həftənin ən yaxşı qolu adına layiq görüblər.

Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər 306 dəfə oxundu.