“Bavariya” rəhbərliyi Noyerə yeni müqavilə təklif edib
Almaniya millisinin və “Bavariya”nın qapıçısı Manuel Noyer ilə klub rəhbərliyi arasında danışıq olub.

Danışıq zamanı 35 yaşlı qapıçı Münhen klubundakı karyerasını bitirmək istədiyini bəyan edib. Lakin klub rəsmiləri bunu qəbul etməyiblər. Əvəzində qapıçıya yeni müqavilə təklif olunub.

Xatırladaq ki, 2011-ci ildə “Şalke”dən “Bavariya”ya transfer olunan Noyerin hazırkı müqaviləsi 2023-cü ildə başa çatacaq. Noyer cari mövsüm Bundesliqada keçirdiyi 7 oyundan 2-sində qapısını toxunulmaz saxlamağı bacarıb. 2009-cu ildən Almaniya millisinə çağırılan Noyer 2014-cü ildə milli komandanın heyətində dünya çempionu olub.

Xəbər 302 dəfə oxundu.