“Titled Tuesday Blitz”: Şahmatçımız 9-cu pillədə qərarlaşıb
Azərbaycan şahmatçıları “Titled Tuesday Blitz” turnirinin növbəti mərhələsində iştirak ediblər.

Şahmatçımız Vüqar Rəsulov 8,5 xalla 9-cu yeri tutub. Digər şahmatçımız Azər Mirzəyev isə 7,5 xalla 37–ci pillədə qərarlaşıb.

Turnirin qalibi isə 9,5 xalla niderlandlı Jorden Van Forrest olub.

Xəbər 302 dəfə oxundu.