Kriştiano Ronaldo XXI əsrin ən çox het-trik edən futbolçusudur
XXI əsrdə ən çox het-trik edən futbolçuların siyahısı açıqlanıb.

“Transfermarkt” portalının hazırladığı siyahıda ilk beşliyin birinci pilləsində Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo qərarlaşıb. Belə ki, o, indiyədək 58 het-trik edib.

Lionel Messi (55 het-trik), Luis Suares (29 het-trik), Robert Levandovski (26 het-trik) və Neymar (20 het-trik) ilk beşlikdə qərarlaşıblar.

Xəbər 300 dəfə oxundu.