Gənclər və idman naziri cənub bölgəsində səfərdə olub
Gənclər və idman naziri Fərid Qayıbov oktyabrın 12-də ölkəmizin cənub bölgəsində səfərdə olub.

F.Qayıbov səfər çərçivəsində Lənkəran, Astara, Masallı, Cəlilabad və Biləsuvar Olimpiya komplekslərində olub.

O, idman mərkəzlərində yaradılmış şəraitlə tanış olaraq, onların fəaliyyətləri ilə maraqlanıb, müxtəlif idman növləri üzrə məşq proseslərini izləyib.

Nazir həmçinin, Masallı şəhərində yerləşən Regional Taekvondo Mərkəzində və Regional Boks Mərkəzində, eləcə də Masallı, Lənkəran və Biləsuvar şəhərlərində fəaliyyət göstərən Gənclər Evlərində olub, bu mərkəzlərdə yaradılmış şəraitlə maraqlanıb.

Lənkəran Gənclər Evinə baxış zamanı qeyd edilib ki, Uşaq-Gənclər İdman Məktəbinin direktoru, Vətən müharibəsində şəhid olmuş Vüsal Kazımovun qəhrəmanlığı gənc nəslin təlim-tərbiyəsində əsl vətənpərvərlik nümunəsi kimi göstərilir.

Nazir həmin qurğuların gənclərə və idmançılara xidmət səviyyəsinin genişləndirilməsinin önəmini qeyd edib və bununla bağlı müvafiq tövsiyələr verib.

Xəbər 379 dəfə oxundu.