“Neftçi”nin futbolçusu Mamadu Kane Qvineya millisinin heyətində fərqlənib
“Neftçi”nin futbolçusu Mamadu Kane Qvineya millisinin heyətində fərqlənib.

24 yaşlı yarımmüdafiəçi dünya çempionatının seçmə mərhələsi çərçivəsində Mərakeşə qarşı keçirdikləri oyunda qol vurub.

Start heyətdə meydana çıxan Kane, 31-ci dəqiqədə rəqib qapısına yol tapıb. Amma onun bu qolu komandasını məğlubiyyətdən xilas etməyib. Qvineya yığması doğma meydanda 1:4 hesabı ilə uduzub.

Keçirdiyi 4 oyunda cəmi 3 xal toplamış Qvineya yığması yer aldığı I qrupda üçüncü pillədə qərarlaşıb.

Xəbər 301 dəfə oxundu.