Trek velosipedi üzrə Bakı birinciliyinin qalibləri müəyyənləşib
Respublika Velotrekində trek velosipedi üzrə Bakı birinciliyinə yekun vurulub. Yarışda klub və cəmiyyətlərin 60-a yaxın idmançısı mübarizə aparıb.

Azsport.az Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda bütün yaş kateqoriyaları üzrə idmançılar 12 növdə güclərini sınayıblar.

Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyevin sözlərinə görə, yarışın keçirilməsində əsas məqsəd 2022-ci ildə təşkil olunacaq İslam Həmrəyliyi Oyunları, həmçinin dünya və Avropa çempionatlarında iştirak edəcək trek velosipedi üzrə yığma komandaya namizəd idmançıları müəyyənləşdirməkdir.

Bakı birinciliyinin qalib və mükafatçıları Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal, diplom və hədiyyələrlə təltif ediliblər.

Xəbər 614 dəfə oxundu.