“DÇ-2022” seçmə mərhələsinin səkkizinci turuna yekun vurulub | |
Oktyabrın 12-də futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin səkkizinci turuna yekun vurulub. Azərbaycan millisi Serbiya seçməsinin qonağı olub. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Gün ərzində keçiriləcək görüşlərdə aşağıdakı hesablar qeydə alənıb: A qrupu Portuqaliya – Lüksemburq - 5:0; Serbiya - Azərbaycan - 3:1. Qrupdakı vəziyyət: Serbiya - 17 (7 oyuna), Portuqaliya - 16 (6), Lüksemburq - 6 (6), İrlandiya - 5 (6), Azərbaycan - 1 (7). B qrupu Kosovo – Gürcüstan - 1:2; İsveç – Yunanıstan - 2:0. Qrupdakı vəziyyət: İsveç - 13 (6 oyuna), İspaniya - 15 (6), Yunanıstan - 9 (6), Kosovo - 4 (6), Gürcüstan - 4 (7). C qrupu Litva - İsveçrə - 0:4; Bolqarıstan - Şimali İrlandiya - 2:1. Qrupdakı vəziyyət: İtaliya 14 (6 oyuna), İsveçrə - 14 (6), Bolqarıstan - 8 (6), Şimali İrlandiya - 5 (4), Litva - 3 (7). D qrupu Qazaxıstan – Finlandiya - 0:2; Ukrayna - Bosniya və Herseqovina - 1:1. Qrupdakı vəziyyət: Fransa - 12 (6 oyuna), Ukrayna - 9 (7), Finlandiya - 7 (6), - Bosniya və Herseqovina 8 (6), Qazaxıstan - 3 (7). F qrupu Farer adaları – Şotlandiya - 0:1; Danimarka – Avstriya - 1:0; İsrail – Moldova - 2:1. Qrupdakı vəziyyət: Danimarka - 24, Şotlandiya - 17, İsrail - 13, Avstriya - 10, Farer adaları - 4, Moldova - 1. I qrupu San-Marino – Andorra - 0:3; İngiltərə - Macarıstan - 1:1; Albaniya - Polşa - 0:1. Qrupdakı vəziyyət: İngiltərə - 20, Polşa - 17, - Albaniya- 15, Macarıstan - 11, Andorra - 6, San Marino - 0. |
|
Xəbər 273 dəfə oxundu. |
|
|