Azərbaycanın U-21 komandası xorvatiyalı həmyaşıdlarına böyük hesabla məğlub olub
İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi oktyabrın 12-də Xorvatiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Sumqayıtdakı “Kapital Bank Arena”da keçirilən oyun 5:1 hesabı ilə rəqibin xeyrinə başa çatıb.

Millimizin heyətində 55-ci dəqiqədə penaltidən Musa Qurbanlı fərqlənib

Xəbər 344 dəfə oxundu.