Serbiya - Azərbaycan oyunu başlayıb
Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Belqraddakı Rayko Mitiç stadionunda Serbiya - Azərbaycan oyunu başlayıb.

“CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanan oyunu Belçikadan olan hakimlər briqadası idarə edir. Qarşılaşmanın baş hakimi Erik Lambrextsdir. Ona Rien Vanizer və Jo De Vayrdt kömək edirlər. Dördüncü hakim funksiyasını Natan Verbumen yerinə yetirir.
Matçın VAR hakimi Laurens Visser, onun köməkçisi Conatan Landotdur.

Serbiya millisinin start heyətində Predraq Raykoviç, Miloş Velkoviç, Matiya Nastasiç, Luka Yoviç, Stefan Mitroviç, Saşa Lukiç, Filip Kostiç, Duşan Vlahoviç, Sergey Milinkoviç-Saviç, Marko Qruyiç və Darko Lazoviç yer alıblar.

Yığmamızın heyətində isə meydana Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Azər Salahlı, Höccət Haqverdi, Maksim Medvedev, Emin Mahmudov, Renat Dadaşov, Abbas Hüseynov, Anton Krivotsyuk, Filip Ozobiç və Araz Abdullayev çıxıblar.

Bu komandaların Bakıdakı oyununda Serbiya 2:1 hesabı ilə qalib gəlib. Hazırda 1 xalı olan Azərbaycan millisi qrupda sonuncu – beşinci pillədə qərarlaşıb. Serbiya isə 14 xalla hələlik qrup lideridir.

Xəbər 298 dəfə oxundu.