Azərbaycan kuboku yarışlarının 2021-2022-ci il mövsümünün iştirakçıları müəyyənləşib
Futbol üzrə Azərbaycan kuboku yarışlarının 2021-2022-ci il mövsümünün iştirakçıları müəyyənləşib.

Azsport.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, yarışda Premyer Liqanın 8 komandası ilə yanaşı, I Divizion təmsilçiləri olan “Zaqatala”, “Kəpəz”, “Qaradağ Lökbatan” və MOİK mübarizə aparacaqlar.

Ölkə kuboku yarışlarının püşkatma mərasimi noyabrın 10-da AFFA-nın inzibati binasında keçiriləcək. Tədbir saat 15:00-da başlayacaq və pandemiya qaydalarına riayət olunmaqla baş tutacaq.

Xəbər 387 dəfə oxundu.