İdmançımız Dubayda “Muay-tay Gənclər Çempionatı”nın birincisi olub
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yaşayan yeniyetmə soydaşımız Qacar Mirzə Dubay şəhərində keçirilən “Muay-tay Gənclər Çempionatı”nın qızıl medalını qazanıb.

15 yaşlı idmançı soydaşımız öz çəki dərəcəsində çempionatın birinci pilləsinə yüksəlmək üçün 3 döyüşdə, yarımfinalda və finalda müvəffəqiyyətlə çıxış edərək rəqiblərinə qalib gəlib.

Qeyd edək ki, Qacar Mirzə 2006-cı il mayın 11-də Bakı şəhərində anadan olub. Kiçik yaşlarından idmanın üzgüçülük, güləş və taekvondo növləri ilə məşğul olub. Valideynlərinin işi ilə əlaqədar 10 yaşında BƏƏ-yə köçən Qacar “Tiger kickboxing” klubuna daxil olaraq, Muay-tay və kikboksinq idman növləri ilə məşğul olmağa üstünlük verib. Dəfələrlə kikboksinq və Muay-tay üzrə yarışlarda iştirak edib. 2019-cu ildə BƏƏ-də keçirilən “Muay-tay Gənclər Çempionatında” gümüş medal qazanıb. Cəmi iki il sonra o, idman aktivinə qızıl medal əlavə edib.

Xəbər 286 dəfə oxundu.