Mahir Emrelinin COVID-19 testlərinin fərqli nəticələri ilə bağlı UEFA-ya məlumat verilib
Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin oktyabrın 11-də verdiyi COVID-19 testi pozitiv nəticələnmişdi. Bununla bağlı UEFA-ya müvafiq məlumat verilmişdi.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, oktyabrın 11-də M.Emrelidən götürülən ekspress-test neqativ olmuşdu. Bu gün – oktyabrın 12-də futbolçunun növbəti PCR testi də neqativ nəticələnib. Mahir Emrelinin son 24 saat ərzində verdiyi COVID-19 testlərinin fərqli nəticələri ilə bağlı UEFA-ya məlumat verilib.

Xəbər 306 dəfə oxundu.